Səyahət etmək üçün ən təhlükəsiz ölkələr açıqlandı

Səyahət etmək üçün ən təhlükəsiz ölkələr açıqlandı Fransanın səyahət sığortası şirkətlərindən biri 2020-ci ildə səyahət etmək üçün ən təhlükəsiz ölkələri açıqlayıb.
Bu barədə “Express” nəşri məlumat yayıb. Siyahıda ilk yeri İsveçrə tutub. Bu ölkə yüksək səhiyyə sistemi, olduqca az zorakılıq və yol-nəqliyyat hadisələrinə görə ilk pillədə qərarlaşıb.
İkinci yerdə isə Sinqapur gəlir. Sinqapur İsveçrədən havasına görə geri qalır.
Üçüncü ən təhlükəsiz ölkə isə Norveçdir. 4-cü, 5-ci yerləri Lüksemburq və Kipr tutur.
İlk onluğa daxil olan ölkələr: Lüksemburq, Danimarka, Portuqaliya, Finlandiya və Yaponiyadır.

Tehsil-press.az

Oxşar xəbərlər