Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında nigeriyalı dəniz quldurları Qvineya körfəzində Türkiyə gəmisinə basqın ediblər. Nəticədə 15 nəfər girov götürülüb, bir azərbaycanlı öldürülüb.
Öldürülən şəxsin Siyəzən rayon sakini 45 yaşlı Fərman İsmayılov olduğu məlum olub. Onun nəşi yanvarın 26-də Azərbaycana gətiriləcək.
Hadisə ilə bağlı Fərman İsmayılovun qardaşı Ayaz İsmayılov "XəzərXəbər"ə açıqlama verib.
Onun sözlərinə görə, Fərman İsmayılov 18 ildən çox müddətdə həmin gəmidə ikinci mexanik vəzifəsində çalışırmış. Qardaşının vəfat etməsi xəbərini isə ona şirkətdən məlumat veriblər.
Ayaz İsmayılov deyir ki, qardaşı yaxın günlərdə Azərbaycana gələcəkmiş. Ancaq, sonradan növbəti əməkdaşların pandemiya səbəbindən gəmiyə gələ bilməməsi onun gəmidə qalmasına səbəb olub.
Tehsil-press.az