Dəniz quldurları Türkiyə gəmisini ələ keçirdi - Azərbaycanlı öldürüldü

Dəniz quldurları Türkiyə gəmisini ələ keçirdi - Azərbaycanlı öldürüldü Qvineya körfəzində Türkiyəyə məxsus “Mozart” konteyner gəmisi nigeriyalı dəniz quldurları tərəfindən ələ keçirilib.
Gəmiyə daxil olan quldurlar 2-ci mühəndis, azərbaycanlı Fərman İsmayılovu qətlə yetirib, 15 nəfəri isə qaçırıb. 4-cü mühəndis Furkan Yaren, baş mühəndis Süha Tatlıgül və 1 nəfər neftçi isə “Mozart”da buraxılıb. Yaren piratların naviqasiya cihazlarını sökdüyünü və kor-koranə şəkildə gəmini sürdüyünü bildirib.
Gəmiyə basqınla əlaqədar lazımi qurumlara məlumat verilib. Dəniz quldurlarının sövdələşmə üçün gözlədikləri deyilir.
Qeyd edək ki, konteyner gəmisi Cənubi Afrika Respublikasına doğru üzüb.

Tehsil-press.az



Oxşar xəbərlər