Azərbaycana daha bir hərbi əsir qaytarıldı

Azərbaycana daha bir hərbi əsir qaytarıldı Rusiyalı sülhməramlıların nəzarəti altında Azərbaycan və Ermənistan arasında növbəti dəfə hərbi əsirlərin mübadiləsi baş verib.
Bu barədə Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov məlumat verib.
“Mənim şəxsi nəzarətim altında Rusiya sülhməramlılarının apardıqları iş nəticəsində Rusiya Aerokosmik Qüvvələrinin təyyarəsi əsirlikdə olan bir nəfəri Bakıya, beş hərbi əsiri isə Yerevana aparıb”, - deyə Muradov bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər