Rusiya Ermənistanla birgə yeni hərbi təlimlər keçirir

Rusiya Ermənistanla birgə yeni hərbi təlimlər keçirir Bu gün Ermənistanın "Alagöz" yüksək dağlıq poliqonunda Rusiya hərbi bazasının və Ermənistan silahlı qüvvələri hərbçilərinin birgə batalyon taktiki təlimləri keçiriləcək.

Bu barədə "Sputnik-Ermənistan" xəbər yayıb. Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən verilən məlumata görə, təlimlər qoşunların birləşmiş qruplaşmalarının komandanı, general-mayor Andranik Makaryanın ümumi rəhbərliyi altında keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər