Rusiya və Türkiyə birgə ilk hava əməliyyatına başladı - İŞİD-ə qarşı

Rusiya və Türkiyə birgə ilk hava əməliyyatına başladı - İŞİD-ə qarşı Rusiya və Türkiyə hərbi aviasiyası Hələb şəhərinin Əl-Bab kəndi ətrafında İŞİD terror təşkilatına qarşı ilk dəfə birlikdə hava əməliyyatına başlayıb.

Tehsil-press.azın verdiyi məlumata görə, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargah İdarəsinin rəisi Sergey Rudskoy bildirib.
“Suriya tərəfi ilə razılaşdırılmış hava əməliyyatına Rusiya Hərbi-Hava Qüvvələrinə məxsus 9 döyüş təyyarəsi, həmçinin 4 ədəd “Su-24M”, 4 ədəd “Su-25”, 1 ədəd “Su-34” bombardmançı, eləcə də Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsus 8 təyyarə: 4 ədəd “F-16”, 4 ədəd “F-4” yönləndirilib”, - deyə general söyləyib.

Tehsil-press.az


Oxşar xəbərlər