Rusiya MN-dən Kəlbəcərlə bağlı açıqlama

Rusiya MN-dən Kəlbəcərlə bağlı açıqlama Rus sülhməramlıları Kəlbəcər bölgəsinə nəzarətin ötürülməsi zamanı üçtərəfli razılaşmanın icrasına nəzarəti təmin ediblər.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib. Bildirilib ki, Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları Kəlbəcər rayonunun qaytarılması zamanı üçtərəfli razılaşmanın şərtlərini yerinə yetirərkən mülki əhalinin təhlükəsizliyini və bölgənin mütəşəkkil köçürülməsini təmin ediblər.
Qeyd olunub ki, 25 noyabr saat 00: 00-dan etibarən Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında Rusiya Federasiyası Prezidentinin, Azərbaycan Respublikası Prezidentinin və Ermənistan Baş nazirinin üçtərəfli bəyanatına uyğun olaraq Dağlıq Qarabağın Kəlbəcər bölgəsi Azərbaycan tərəfinə verilib.

Tehsil-press.az

Oxşar xəbərlər