Direktorların işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbulu bu gün başa çatır

Direktorların işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbulu bu gün başa çatır Ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbulu bu gün başa çatır.
Müsabiqədə iştirak etmək istəyən namizədlər fevralın 13-ü saat 23:59-dək müvafiq məlumatları daxil edərək tələb olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra ərizələrini təsdiq etməlidirlər.
Ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinə 623 vakant yer çıxarılacaq.
Bu il ilk dəfə olaraq fevralın 19-da direktorların işə qəbulu üzrə onlayn sınaq imtahanının keçirilməsi də nəzərdə tutulur. Sınaq imtahanında direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə elektron qeydiyyatdan keçən şəxslər iştirak edə bilərlər.
Direktorların işə qəbulu imtahanları ənənəvi olaraq, Bakı şəhərində deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılmış 24 imtahan mərkəzində karantin rejiminin müvafiq tələbləri çərçivəsində təşkil ediləcək. İmtahanların təşkilinə cəlb olunan bütün əməkdaşlar COVID-19 testindən keçiriləcək. İmtahan mərkəzləri mövcud sanitar-epidemioloji tələblərə uyğun olaraq dezinfeksiya ediləcək.
Xatırladaq ki, 2020-ci ilin 28 sentyabr-5 oktyabr tarixlərində elektron qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul edilmiş namizədlərin ərizələri vakansiya seçimi mərhələsinə qaytarılacaq. Həmin şəxslər də fevralın 13-dək yenidən vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.

Tehsil-press.az



Oxşar xəbərlər