Yalçın Rzazadə dünyasını dəyişdi

Yalçın Rzazadə dünyasını dəyişdi Xalq artisti Yalçın Rzazadə vəfat edib.
Bu barədə mərhumun oğlu Orxan Rzazadə bildirib.
O, atasının uzun sürən xəstəlikdən sonra bu gün axşam saatlarında vəfat etdiyini deyib.
Y.Rzazadə sabah dəfn ediləcək. Onun harada dəfn ediləcəyi dəqiqləşdirilməyib.
Xatırladaq ki, Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəranda anadan olub. O, 1979-cu ildə Əməkdar artist, 2000-ci ildə Xalq artisti adına layiq görülüb.
Yalçın Rzazadəni Azərbaycan tamaşaçısına tanıdan onun 60-cı illərinin sonunda musiqisi Cahangir Cahangirova aid "Durnalar" mahnısı olub.
Yalçın Rzazadə "Dədə Qorqud", "Gün keçdi", "Qaynana","Bayquş qayıdanda", "Baladadaşın ilk məhəbbəti" kimi filmlərin musiqilərinə öz ifası ilə ölməzlik bəxş edib.
Xalq artisti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyirdi.
Allah rəhmət eləsin!

Tehsil-press.az


Oxşar xəbərlər