Son sutka ərzində İranda koronavirusa 8 min 206 nəfər yoluxub, 94 nəfər isə ölüb.
Bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında deyib. Onun sözlərinə görə bununla da İranda yoluxanların ümumi sayı 1 milyon 607 min 81 nəfərə, yoluxaraq ölənlərin sayı isə 59 min 830-a çatıb.
Xüsusi xəstəxanalarda müalicə alan 3 min 712 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 1 milyon 372 min 309 xəstə sağalaraq evə buraxılıb.
Əhaliyə peyvənd vurulması prosesi davam edir.
Tehsil-press.az