Son sutkada İranda koronavirusdan 208 nəfər həyatını itirib

Son sutkada İranda koronavirusdan 208 nəfər həyatını itirib Son 24 saat ərzində İranda 2 min 685 nəfər koronavirusa yoluxub, 208 nəfər isə həyatını itirib.
Bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında məlumat verib. O bildirib ki, İranda koronavirusa yoluxanların ümumi sayə 309 min 437 nəfərə, ölənlərin sayı isə 17 min 190-a çatıb. Bununla yanaşı xüsusi xəstəxanalarda müalicə alan 268 min 102 nəfər sağalaraq evə buraxılıb. İntensiv terapiya şöbələrində müalicəsini davam etdirən 4 mindən çox xəstənin vəziyyəti ağır olaraq qalır.
Qeyd edək ki, İranda kütləvi tədbirlər qadağan edilsə də, məscidlərdə cümə namazı sosial məsafə saxlamaqla həyata keçirilir.
Hazırda İranın Tehran, Elam, İsfahan, Şərqi Azərbaycan, Gülüstan, Əlborz, Kirman, Mazandaran vilayətləri qırmızı zonada qalıblar.

Tehsil-press.az

Oxşar xəbərlər