Aİ Prezidenti Gürcüstandadır

Aİ Prezidenti Gürcüstandadır Avropa İttifaqının (Aİ) Prezidenti Şarl Mişel Gürcüstana səfər edib.
Mişeli hava limanında Gürcüstanın xarici işlər naziri David Zalkaliani və Aİ-nin Gürcüstandakı səfiri Karl Harzel qarşılayıb.
Aİ prezidenti səfəri çərçivəsində Gürcüstan Prezidenti Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili, parlamentin spikeri Arçil Talakvadze, həmçinin, siyasi partiyaların nümayəndələri ilə görüşəcək. Görüşlərdən sonra birgə mətbuat konfransı keçiriləcək.
Danışıqların əsas mövzusu Aİ ilə ikitərəfli əlaqələr, COVİD-19-la mübarizə, “Şərq tərəfdaşlığı”nın gələcəyi olacaq.
Şarl Mişel Gürcüstanı martın 2-də tərk edəcək. O, Tbilisidən Ukraynaya yola düşəcək.

Tehsil-press.az


Oxşar xəbərlər