Zalkalianinin Bakıya səfər proqramı açıqlandı

Zalkalianinin Bakıya səfər proqramı açıqlandı Gürcüstan XİN rəhbəri David Zalkalianinin Azərbaycana səfər proqramı açıqlanıb.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat verib. Qeyd olunub ki, 18-19 fevral tarixlərində Azərbaycana səfər edəcək Zalkaliani xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək və Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək.
Səfər zamanı Bakıda səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun da iştirakı ilə Azərbaycan-Gürcüstan-Türkiyə XİN rəhbərlərinin 9-cu görüşü keçiriləcək.

Tehsil-press.az



Oxşar xəbərlər