BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində şəhid ailələri və Vətən müharibəsi qaziləri ilə görüş

BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində şəhid ailələri və Vətən müharibəsi qaziləri ilə görüş Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə şəhid ailələri, əsgər anaları və Vətən müharibəsi qaziləri ilə görüş keçirilib.
Onlayn tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla anılıb, Vətən müharibəsində qazandığımız şanlı qələbəmizə həsr olunmuş videoçarx nümayiş etdirilib.
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Vətən müharibəsində şəhid olan universitet məzunları və tələbələrinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs edib. O vurğulayıb ki, şəhid ailələri, qazilər dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub.
Tədbir Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı vəzifəsini icra edən Ələmdar Cabbarlının moderatorluğu ilə davam edib. Fakültənin əməkdaşları - kafedra müdiri, birinci Qarabağ müharibəsinin veteranı Knyaz Aslan, 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin bibisi, professor Almaz Ülvi, Qarabağ qazisi Fərid Camalovun anası Zöhrə Camalova, əsgər anası Vəzufə Xudiyeva, şəhid Ədalət Abbasovun bacısı Kəmalə Məmmədova, fakültənin tələbəsi - şəhid Elnur Allahverdiyevin qardaşı Səbuhi Allahverdiyev çıxış edərək Vətən müharibəsində qazandığımız şanlı qələbədən danışıblar. Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməklə 30 illik Vətən həsrətinə son qoyulduğunu vurğulayıblar.
Fakültənin tələbəsi - Vətən müharibəsi qazisi Hafiz Əhmədov keçdiyi döyüş yolundan danışıb, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmağından qürur hissi keçirdiyini bildirib.
Tədbir bədii hissə ilə başa çatıb.

Tehsil-press.az

Oxşar xəbərlər