Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Vətən müharibəsində iştirak etmiş məzun və tələbələri ilə onlayn görüş keçirilib.
Tədbirdə fakültənin dekanı Əmir Əliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbə münasibətilə iştirakçıları təbrik edərək, bu parlaq qələbənin ölkənin uğurlu inkişafının nəticəsi olduğunu vurğulayıb. O, Azərbaycanın bu möhtəşəm zəfəri Ali Baş Komandanın müdrik qərarları, rəşadətli ordumuzun gücü və xalqımızın sarsılmaz həmrəyliyi sayəsində qazanıldığını qeyd edib.
Professor Əmir Əliyev qəhrəmanlarımızın daim qəlbimizdə yaşayacağını, onların xatirəsinin əziz tutulacağını vurğulayıb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, universitetin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri Məsumə Məlikova, Cinayət prosesi kafedrasının müdiri Firuzə Abbasova, Cinayət hüququ və kriminologiya kafedrasının müdiri Şəhla Səmədova, Mülki hüquq kafedrasının müdiri Məhəbbət Dəmirçiyeva, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov ən yeni tariximizdə Ermənistanın təcavüzü ilə bağlı baş verən hadisələr haqqında, bu hadisələrdə beynəlxalq hüquq normalarına zidd əməllər, cinayətlərin törədilməsi, bu cür əməllərə görə məsuliyyət məsələləri, həmçinin informasiya müharibəsində görülən işlər barədə məlumat veriblər. Otuz ilə yaxın davam edən Qarabağ münaqişəsinin ölkəmizin şanlı zəfəri ilə bitməsi münasibətilə tədbir iştirakçıları Müzəffər Ali Baş Komandana, ordumuza minnətdarlığını bildirərək xalqımızı, dünya azərbaycanlılarını təbrik edib, Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyiblər.
Fakültənin Vətən müharibəsində iştirak etmiş məzun və tələbələri Qafar Nəzərov, Tərlan Həmidov və Şamo İsmayılbəyli döyüş əməliyyatlarından, ordumuzun göstərdiyi şücaətdən, əsgərlərimizin qəhrəmanlıqlarından danışıblar.
Fakültənin Tələbə Gənclər Təşkilatının sədri Firavan Əlizadə və digər tələbələr çıxış edərək qəhrəmanlarla fəxr etdiklərini bildiriblər.
Tehsil-press.az