Bakı Dövlət Universitetinin Kimya fakültəsində “Şəhidlərimizin əziz xatirəsinə” adlı onlayn tədbir keçirilib. Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə dekan müavinləri Taleh Qəhrəmanov və Fuad Kərimli, kafedra müdirləri İbrahim Məmmədov, Rasim Aliosmanovun şəhidlərin əziz xatirəsinə həsr olunmuş çıxışları dinlənilib. Çıxışlarda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlardan, onların sayəsində qazandığımız Qələbə münasibətilə Azadlıq meydanında keçirilən Zəfər paradından bəhs edilib.
Sonra tələbələr şəhidlərimizin qəhrəmanlığı, Qarabağ və Vətən müharibəsi haqqında çıxış ediblər. Çıxışlarda şəhidlərin xalq tərəfindən heç vaxt unudulmadığına diqqət çəkilib. Tələbələrin şəhidlərimizin adlarının əbədiləşdirilməsi üçün atdıqları addımlar yüksək qiymətləndirilib.
Sonda Kimya fakültəsinin II kurs tələbələrinin iştirakı ilə çəkilmiş “Şəhidlər ölməz” adlı videoçarx təqdim edilib. Tədbir bədii hissə ilə başa çatıb.
Tehsil-press.az