Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır” adlı tədbir keçirilib. Professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə keçirilən tədbirdə öncə Vətən Müharibəsində qazandığımız şanlı qələbəyə həsr olunmuş videoçarx nümayiş etdirilib. Giriş sözü ilə çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov tədbir iştirakçılarını salamlayıb, qələbə münasibətilə təbriklərini çatdırıb. R.Səmədov vurğulayıb ki, illər ötdükcə bu qələbənin şərəfinə dastanlar, romanlar, tarixi əsərlər yazılacaq, uzun əsrlər bu şanlı zəfərdən bəhs olunacaqdır. Bugünkü tədbirdə tələbələr arasında keçirilmiş “Qarabağ Azərbaycandır!” mövzusunda esse müsabiqəsinin nəticələrinin elan olunacağını bildirərək müsabiqə qaliblərini öncədən təbrik edib.
Sonra tədbir Kitabxaçılıq-informasiya fakültəsinin dekanı vəzifəsini icra edən Ələmdar Cabbarlının moderatorluğu ilə davam etdirilib. Modern.az İnformasiya Agentliyinin baş direktoru, Əməkdar jurnalist Elşad Eyvazlı “Vətən Müharibəsi və media”, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədr müavini, ADA Universitetinin professoru Gülməmməd Məmmədov “Qarabağ milli sərvətimizdir”, Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti Rəşad Qardaşov “Qarabağ milli simvolumuzdur” mövzularında məruzə ediblər. Məruzələr iştirakçılar tərəfindən böyük maraqla dinlənilib.
Tədbirə Tatarıstandan qoşulmuş tanınmış tatar şairəsi Gülnur Kurbanova iştirakçıları salamlayıb, zəfər münasibətilə xalqımızı təbrik edib, qələbə ruhlu şeirini oxuyub. 2014-cü ildə dostları Həsən Həsənov və Şahbaz Quliyevlə öz doğmalarının məzarını ziyarət etməyə gedərkən girov götürülən və bu günlərdə möhtərəm Prezidentimizin qətiyyəti sayəsində girovluqdan azad edilən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov da tədbirə qoşulub, atasının adından iştirakçıları salamlayıb, Ali Baş Komandanımızın rəhbərliyi ilə qazandığımız şanlı qələbədən danışıb.
Sonra “Qarabağ Azərbaycandır!” mövzusunda esse müsabiqəsinin nəticələri elan edilib, qalib gəlmiş esselər səsləndirilib. Kitabxanaçılıq-informasiya fakültəsinin tələbələri Nərmin İsgəndərli I, Fidan Həsənova II, Fidan Əbilova isə III yerə layiq görülüb.
Sonda çıxış edən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov yüksək təşkilatçılığa görə BDU rəhbərliyinə İctimai Birliyin sədri Qənbər Şəmşiroğlun adından təşəkkürünü bildirib, Ali Baş Komandanımızın rəhbərliyi ilə əldə edilmiş zəfərin xalqımızın tarixində ən böyük qələbə olduğunu vurğulayıb. Müsabiqədə qalib gələn tələbələri təbrik edən Həbib Misirov bildirib ki, qaliblərə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən pul mükafatı, diplom və digər hədiyyələr təqdim olunacaqdır.
Mərasim tələbələr tərəfindən hazırlanmış bədii hissə ilə başa çatıb.
Tehsil-press.az