ABŞ-da masaj salonlarına hücumlar nəticəsində 7 nəfər ölüb

ABŞ-da masaj salonlarına hücumlar nəticəsində 7 nəfər ölüb ABŞ-ın Atlanta şəhərində (Corciya ştatı) bir neçə silahlı hücum baş verib.
İlk hücum Atlanta yaxınlığında Çeroki dairəsində yerləşən masaj salonuna edilib. Silahlı şəxs salona daxil olaraq odlu silahdan 3 nəfəri qətlə yetirib, 2 nəfər xəsarət alıb. Hadisəni törədən şəxs ərazidən uzaqlaşa bilib.
Bundan başqa şəhərin şimal hissəsində yerləşən daha iki masaj salonunda da analoji hadisə baş verib. Bu hücumlar zamanı dörd nəfər həyatını itirib.
Artıq hüquq mühafizə orqanlarının əməkdaşları avtomobil yollarını bağlayıb, cinayəti törədənlər axtarılır.

Tehsil-press.az



Oxşar xəbərlər