Avtoritet və müstəntiq öldürüldü, 2 nəfərin boğazı kəsildi - Ermənistanda ara qarışdı

Avtoritet və müstəntiq öldürüldü, 2 nəfərin boğazı kəsildi - Ermənistanda ara qarışdı Ermənistanın Qeqarkuniksk vilayətinin Qavar şəhərində silahlı insident baş verib.
Atışma zamanı 2 nəfər ölüb, 4 nəfər yaralanıb. Ölənlərdən biri “Noratuslu ayı” ləqəbli kriminal avtoritet, digəri isə hərbi polis müstəntiqi olub.
“Joqovurd” nəşrinin məlumatına görə, atışmadan sonra hadisə yerindən qaçmaq istəyən insident iştirakçılarından ikisi Armen və Xaçik qardaşları avtomobil qəzasına düşüb.
Hadisəni öyrənən hərbi polis müstəntiqinin qohumları xəstəxanaya hücum edərək yaralı qardaşların hər ikisinin başını kəsərək qətlə yetiriblər. Onlar xəstəxananın əmlakını dağıdıb, polis kordonunu yararaq palataya daxil olublar.
Vəziyyətin gərginləşdiyi Qavara polis rəisi Arman Sarkisyan yollanıb.
İnsidentdən sonra Qavarda və Noratusda vəziyyət gərginləşib. Yerevandan hüquq-mühafizə orqanlarının əməkdaşları insanları sakitləşdirmək üçün Qeqarkuniks vilayətinə göndəriliblər.
Qeyd edilir ki, atışmada yetkinlik yaşına çatmayan şəxs və Noratus kəndinin sakinləri də iştirak ediblər.
Faktla bağlı “iki və daha artıq şəxsi qətlə yetirmək”, “qanunsuz silah və döyüş sursatı əldə etmə, saxlama” maddələri üzrə cinayət işi açılıb.

Tehsil-press.az

Oxşar xəbərlər