“ABŞ Rusiyaya təzyiq göstərməyə davam edəcək” - Ağ Ev

“ABŞ Rusiyaya təzyiq göstərməyə davam edəcək” - Ağ Ev “Prezidentin (ABŞ Prezidenti Co Bayden-red.) dünən axşam dediyi kimi, şübhəsiz ki, Rusiya öz hərəkətlərinə görə məsuliyyətə cəlb olunacaq. Yaxın vaxtlarda bu barədə daha ətraflı məlumat verəcəyik”.
Bu sözləri Ağ Evin mətbuat katibi Cen Psaki keçirdiyi brifinqdə deyib.
“Biz son dörd ildə olduğu kimi (söhbət 45-ci Prezident Donald Trampın administrasiyasından gedir-red.) digər yollar axtarmaq niyyətində deyilik və biz onlara təzyiq göstərməyə davam edəcəyik”, - deyə Psaki vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər