“Trampın impiçmentinin tərəfdarları kifayət qədər səs toplaya bilməyəcək”

“Trampın impiçmentinin tərəfdarları kifayət qədər səs toplaya bilməyəcək” ABŞ Prezidenti Cozef Bayden sələfi, respublikaçı Donald Trampın impiçmentini dəstəkləsə də, bu prosedur tərəfdarlarının ona ittiham hökmünün verilməsi üçün kifayət qədər səs toplayacağına şübhə edib.
Müvafiq bəyanatı hazırkı amerikalı lider “CNN” telekanalına müsahibəsində səsləndirib.
“Mən hesab edirəm ki, bu, baş verməlidir”, - deyə Bayden Trampın impiçment proseduru ilə bağlı suala cavab olaraq bildirib. Bununla yanaşı, “CNN” qeyd edir ki, demokrat ABŞ Konqresinin Senatında dinləmələrin nəticələrinə görə, eks-prezidentin impiçmenti haqqında qətnamənin yeganə ittiham maddəsi ilə (üsyana təhrik) onun günahkar kimi tanınması üçün kifayət qədər səs toplayacağına (67) şübhəsini ifadə edib. Bunun üçün Trampın əleyhinə ən azı 17 respublikaçı senatorun çıxış etməsi vacibdir. “Senat orada işlədiyim vaxtdan bəri dəyişib, amma o qədər də dəyişməyib”, - deyə Bayden vurğulayıb.
ABŞ Prezidenti bildirib ki, impiçment proseduru hazırkı administrasiyanın gündəliyinə mənfi təsir göstərəcək. Lakin, onun fikrincə, “əgər bu baş verməsə, nəticələr daha da pis olacaq”.

Tehsil-press.az

Oxşar xəbərlər