Tramp Rusiya ilə birgə İŞİD-ə qarşı mübarizə aparmaq fikrindədir

Tramp Rusiya ilə birgə İŞİD-ə qarşı mübarizə aparmaq fikrindədir ABŞ prezidenti Donald Tramp Rusiya ilə birgə İŞİD-ə qarşı mübarizə aparmaq niyyətindən dönməyib. Tehsil-press.az-ın verdiyi xəbərə görə, bu barədə Ağ Evdə keçirilən brifinqdə Ağ Evin mətbuat katibi Şon Spayser bildirib.

“Prezident əvvəlki kimi Rusiya ilə birgə İŞİD-ə qarşı mübarizə aparmaq əzmindədir. Əgər Rusiya bizimlə İŞİD-ə qarşı mübarizə aparmaq istəyirsə, bu gözəl haldır. Bu baxımdan, heç nə dəyişməyib”, - deyə Ş.Spayser vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər