Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib

Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib. İclas “Gənclərin vətənpərvərlik tərbiyəsinin formalaşmasında qəhrəmanlıq nümunələri” mövzusuna həsr olunub. Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun anası Səmayə Həşimova iclasın fəxri qonağı olub.
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII qurultayında gənc nəslin tərbiyəsi məsələsinə toxunması “Gənclərin vətənpərvərlik tərbiyəsinin formalaşmasında qəhrəmanlıq nümunələri” mövzusunun müzakirəsini zəruri edib.
Qeyd olunub ki, gənc yaşda general rütbəsi almaq Polad Həşimovun xüsusi qabiliyyəti ilə bağlı idi. Lakin bu qabiliyyəti zirvəyə qaldırmaq üçün tərbiyə vacib şərtdir.
Tədbirdə Səmayə Həşimovaya İctimai Şura adından fəxri diplom təqdim edilib.
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, professor Vilayət Vəliyev bildirib ki, Tovuz döyüşlərində Milli Qəhrəman Polad Həşimovun şəhid olması gənc nəslin düşmənə qarşı qisas hissini daha da alovlandırdı. 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə Azərbaycan Ordusunun gücünü dünyaya sübut etdi. Azərbaycan həm də bu müharibədə müasir texnologiyalardan istifadə etməklə daha bir ilkə imza atdı.
Rektor deyib ki, tədbirin AzTU-da keçirilməsi təsadüfi deyil. Çünki bu universitetin tələbələri torpaqlarımızın azadlığı uğrunda gedən bütün müharibələrdə ön sıralarda döyüşüblər. AzTU-nun Vətən müharibəsində iştirak edən tələbə və məzunları arasında 27 nəfər şəhidlik zirvəsinə ucalıb.
Tədbirdə çıxış edən təhsil nazirinin müşaviri Elnur Nəsibov, Milli Məclisin deputatları Sadiq Qurbanov, Etibar Əliyev, şura üzvləri Nadir İsrafilov, İlqar Orucov, Hikmət Əlizadə, Asif Cahangirov, Elmina Kazımzadə, Ülviyyə Mikayılova, Mayis Əliyev, Mirzə Cəfərzadə, tədbirin təşkilatçılarından “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirməsi” İctimai Birliyinin sədri Emin Həsənli və qonaqlar gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına hər zaman xüsusi diqqət yetirilməsinin önəmini vurğulayıblar.

Tehsil-press.az

Oxşar xəbərlər