Türkiyədə son sutkada koronavirusdan 19 494 nəfər sağalıb

Türkiyədə son sutkada koronavirusdan 19 494 nəfər sağalıb Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 117 nəfər dünyasını dəyişib.
Bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 30 178 nəfərə çatıb.
Bildirilib ki, ölkədə 22 216 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 3 035 338 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 19 494 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 844 681 nəfər təşkil edir.

Tehsil-press.az



Oxşar xəbərlər