Peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb Peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat prosesinə start verilib.
Müraciətlərin qeydiyyatı 14 - 21 aprel tarixlərində https://portal.edu.az/ elektron müraciət portalı vasitəsilə həyata keçirilir. Portal elektron müraciətlərin ünvanlanması, müraciət sənədlərinin təqdim edilməsi, müsabiqə və müsahibə mərhələlərinə dəvət və nəticələr barəsində məlumatlandırma üçün nəzərdə tutulur. Elektron qeydiyyat prosesinin qaydaları barədə Təhsil Nazirliyinin rəsmi saytında yerləşdirilmiş videotəlimat vasitəsilə daha ətraflı tanış ola bilərlər.
Qeyd edək ki, müsabiqə elektron ərizələrin qəbulu, test imtahanı və müsahibə mərhələsindən ibarətdir. Müsabiqə peşə təhsili müəssisələrinin vakant olan tədris-istehsalat işləri, təlim-tərbiyə işləri və inzibati-təsərrüfat işləri üzrə direktor müavini vəzifələri üzrə 3 mərhələli şəkildə aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər