Xəzər Universitetinin MBA proqramları ən yaxşı magistratura proqramları arasında

Xəzər Universitetinin MBA proqramları ən yaxşı magistratura proqramları arasında “Eduniversal” 50 təhsil sahəsi üzrə dünyanın ən yaxşı magistratura və MBA proqramlarının rəsmi reytinqini dərc edib.
Xəzər Universitetinin İqtisadiyyat və Biznes yüksək təhsil fakültəsinin aşağıda adları sadalanan ixtisas proqramları 2021-ci ilin ən yaxşı magistratura və MBA proqramları sırasında yer alıb:
MBA – Biznesin təşkili və idarə edilməsi (menecment üzrə)
9 coğrafi zona üzrə regional sıralamada ən yaxşı 200 universitet arasında;
Ümumi Menecment üzrə Avrasiya və Orta Şərqdə 9-cu yer.
MBA - Biznesin təşkili və idarə edilməsi (enerji menecmenti üzrə)
9 coğrafi zona üzrə regional sıralamada ən yaxşı 200 universitet arasında;
Enerji və təbii sərvətlər üzrə Avrasiya və Orta Şərqdə 4-ci yer.
Reytinq cədvəli ilə Xəzər Universitetinin saytında verilmiş link vasitəsilə tanış olmaq mümkündür.

Tehsil-press.az


Oxşar xəbərlər