Dünyada koronavirusa günlük yoluxma sayında rekord

Dünyada koronavirusa günlük yoluxma sayında rekord Son sutkada 893 mindən çox koronavirusa yoluxma qeydə alınıb.
Bu, dünyada koronavirusa yoluxmada günlük rekorddur.
Bundan öncə ən yüksək göstərici yanvarın 8-də qeydə alınmışdı – 819 min yoluxma.
Dünya miqyasında yoluxma sayının artması Hindistanda yaşanan qorxunc yoluxma sayı ilə əlaqələndirilir.
Ümumilikdə, dünyada koronavirusa yoluxma sayı 146 milyonu ötüb.

Tehsil-press.az




Oxşar xəbərlər