Dünyada son sutkada 348 mindən çox yoluxma

Dünyada son sutkada 348 mindən çox yoluxma Dünyada son bir gündə koronavirusa 348 mindən çox yoluxma qeydə alınıb.
Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 348 150 hal qeydə alınıb, “COVID-19”dan 8 251 pasiyent ölüb. Beləliklə, dünyada “COVID-19”a yoluxma hallarının ümumi sayı 109 217 366, ölüm hallarının sayı 2 413 912 təşkil edir.
Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 27 433 718 nəfər virusa yoluxub. Daha sonra Hindistan (10 937 320), Braziliya (9 866 710), Rusiya (4 112 151), Böyük Britaniya (4 058 472), Fransa (3 429 726), İspaniya (3 096 343), İtaliya (2 739 591), Türkiyə (2 602 034), Almaniya (2 350 399), Kolumbiya (2 198 549) və Argentina (2 029 057) gəlir.

Tehsil-press.az


Oxşar xəbərlər