Meksikada matəm elan edildi

Meksikada matəm elan edildi Meksikada metro körpüsünün çökməsi nəticəsində çox sayda insanın ölməsi ilə əlaqədar 3 günlük matəm elan edilib.
Bu barədə ölkə prezidenti Andres Manuel Lopes Obrador sərəncam imzalayıb.
Sənəddə deyilir: "Mayın 3-də Mexiko şəhəri metrosunun 12-ci xəttindəki faciə ilə əlaqədar üç günlük milli matəm elan edildi".
Xatırladaq ki, Meksikanın paytaxtı Mexiko şəhərinin cənubunda metro körpüsünün çökməsi nəticəsində 24 nəfər ölüb, 27 nəfər xəsarət alıb.

Tehsil-press.az



Oxşar xəbərlər