Nigerdə 3 günlük matəm elan olundu

Nigerdə 3 günlük matəm elan olundu Bazarertəsi günü Nigerdə ​​ölkənin şimal-qərbində terroçular tərəfindən öldürülən 100 nəfərin xatirəsinə üç günlük ümummilli matəm elan edilib.
Bu barədə Nigerin daxili işlər naziri Əlkaş Əlhəd açıqlama verib.
Əlhadın sözlərinə görə, qərar Niger Milli Təhlükəsizlik Şurasının iclasında verilib.
Xatırladaq ki, Nigerdə "Boko Haram" terror qruplaşmasına aid onlarla cihadçı iki qrupa bölünərək eyni vaxtda bir-birindən yeddi kilometr məsafədə yerləşən Zarumdareye və Çombanqou kəndlərinə silahlı hücumlar təşkil ediblər.
Hücumlar nəticəsində 100 nəfər dinc sakin qətlə yetirilib, 25 nəfər yaralanıb.
Qeyd edək ki, kəndlərin yerləşdiyi Tillaberi bölgəsi 2017-ci ildən etibarən Malidə yerləşən terror təşkilatlarının hücumuna məruz qalır.
Bununla əlaqədar bölgədə fövqəladə vəziyyət elan edilib.

Tehsil-press.az

Oxşar xəbərlər