Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edilib

Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edilib Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında yayımlanan “dərs vaxtı” proqramı mayın 21-nə olan cədvələ uyğun yayımlanıb.
Proqramda heyvandarlıq mütəxəssisi, interyer və eksteryerin bədii tərtibatçısı, turizm təşkilatçısı, avtomatika üzrə usta, qənnadçı-şirniyyatçı, xalçaçı, bərbər-vizajist-manikürçü, şəxsi inkişaf və karyera planlaşdırılması ixtisasları üzrə dərslər təqdim olunub.
Peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi yutub kanalı ilə yanaşı, feysbuk səhifəsindən, eyni zamanda, Təhsil Nazirliyinin videodərslər portalından izləyə bilərlər.

Tehsil-press.az


Oxşar xəbərlər