Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edilib

Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edilib Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında efirə çıxan “Dərs vaxtı” proqramı aprelin 6-na olan cədvələ uyğun yayımlanıb.
Proqramda bərbər-vizajist-manikürçü, tədbirlərin təşkilatçısı,qrimçi-pastijor, quru inşaat ustası, turizm sahəsində iaşə üzrə mütəxəssis, hesablama əməliyyatları, kompüter operatoru, dizayner, avtomatika üzrə usta ixtisasları üzrə dərslər təqdim olunub.
Peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, eyni zamanda, Təhsil Nazirliyinin videodərslər portalından izləyə bilərlər.

Tehsil-press.az


Oxşar xəbərlər