İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində çalışan anestezioloq-reanimatoloq, tibb üzrə fəlsəfə doktoru Kəmalə Namazovanın məvacibinin azlığı ilə bağlı müraciətinə münasibət bildirib.
Kəmalə Namazova yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində 2020-ci ilin mart ayından bir neçə tibb müəssisəsinə ezam olunub. Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq K.Namazova yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdiyinə görə ona iş vaxtına mütənasib olaraq aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində müddətli əlavə ödənilir.
“Belə ki, K.Namazovaya 2020-ci ilin mart ayından 2021-ci ilin mart ayı da daxil olmaqla iş vaxtına/saatına mütənasib olaraq ümumilikdə 24 min 865 manat 36 qəpik müddətli əlavə ödənilib. Həkimin koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb olunduğu aylar üzrə ona ödənilən müddətli əlavələrin məbləği (işçi tərəfindən ödənilməli olan vergi tutulmaları daxil olmaqla) aşağıdakı cədvəldə qeyd olunur”.
Tehsil-press.az