Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına iyul ayı ərzində müddətli əlavələr ödənilib.
Bildirilib ki, nazirliyin tabeliyində olan tibb müəssisələri üzrə 993 tibb işçisinə vahid tarif (vəzifə) maaşının 5 misli həcmində 1.36 mln manat vəsait ödənilib. Bu tibb işçiləri Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik və Tədris Cərrahiyyə Klinikalarının, Bakı Sağlamlıq Mərkəzinin, Respublika Psixiatriya xəstəxanasında yeni növ koronavirus infeksiyasına yoluxmuş xəstələrə qulluq edən tibb işçiləri olublar.
Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 166 tibb işçisinə vahid tarif (vəzifə) maaşının 4 misli həcmində 298 min manat vəsait ödənilib. Bu işçilər bioloji yaxmanın laborator müayinəsi ilə məşğul olan Xüsusi Təhlükəli infeksiyalara Nəzarət Mərkəzi və onun regional bölmələri, eləcə də Məhkəmə Tibbi Ekspertiza və Patoloji anatomiya Birliyinin işçiləri olublar.
Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 1076 işçiyə vahid tarif (vəzifə) maaşının 3 misli həcmində 755 min manat vəsait ödənilib. Bu işçilər Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, rayon və şəhər gigiyena və epidemiologiya mərkəzinin, Bakı şəhər Dezinfeksiya Mərkəzinin, Sanitar Karantin Mərkəzinin tibbi profilaktik tədbirləri həyata keçirən həkim, orta tibb heyəti, o cümlədən dezinfektorlar və digər işçilər olub.
Həmçinin qeyd olunub ki, dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Səhiyyə Nazirliyi tərəfindən avqust ayı üzrə də müddətli əlavələrin ödənilməsinə başlanılır.
Tehsil-press.az