Tacikistanda təqaüd proqramı ilə təhsil almaq üçün sənəd qəbulu aparılır

Tacikistanda təqaüd proqramı ilə təhsil almaq üçün sənəd qəbulu aparılır Tacikistanın Təhsil və Elm Nazirliyi 2021/2022-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir.
Bakalavriat, magistratura, doktorantura təhsil səviyyəsini əhatə edən təqaüd proqramı üzrə təhsil almaq üçün 4 yer ayrılıb. Tədris dili rus və ingilis dilidir. Proqrama mayın 31-dək müraciət etmək olar. Ətraflı məlumatla Təhsil Nazirliyinin rəsm saytında tanış olmaq mümkündür.
Qeyd edək ki, təqaüd proqramı Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 2018-ci il avqustun 10-da imzalanmış protokola uyğun olaraq elan edilib.

Tehsil-press.az


Oxşar xəbərlər