Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir

Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi 2021-2022-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir.
Təqaüd proqramı “Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair müqavilə”yə əsasən həyata keçirilir. Proqram iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil almaq imkanı yaradır. Təqaüd proqramı ilə təhsil almaq istəyənlər aprelin 5-dək müraciət edə bilərlər.

Tehsil-press.az


Oxşar xəbərlər