Moskva Dövlət Universitetinin Bakı Filialının magistraturasında təhsil almaq istəyənlərin nəzərinə

Moskva Dövlət Universitetinin Bakı Filialının magistraturasında təhsil almaq istəyənlərin nəzərinə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı Filialında magistratura proqramları üzrə birinci kursa ərizə qəbulu iyunun 1-dən 17-dək elektron formada aparılacaq.
Ərizələri Filialın https://msu.az/ saytında və ya Dövlət İmtahan Mərkəzinin http://dim.gov.az/ saytında vermək olar.
Qəbul imtahanları iyunun ikinci yarısında keçiriləcək. Filialın magistraturasına qəbul imtahanlarının tarixi barədə əlavə məlumat veriləcək.
İmtahanlar Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Universitet küçəsi 1 ünvanında keçiriləcək. İmtahan verənlər imtahan günlərində özləri ilə aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
-şəxsiyyəti təsdiq edən sənəd;
-Elektron qeydiyyat sistemindən çap edilmiş buraxılış vərəqəsi (imtahan verənin özü tərəfindən imzalanmış halda);
-“Sağlamlıq haqqında bəyannamə” (elektron qeydiyyat sistemindən çap edilir).
Cari ilin məzunları əgər MDU-nun Bakı Filialının məzunları deyilsə, imtahana qədər müvafiq universitetin (institutun) tədris hissəsindən bu təhsil müəssisəsini müvəffəqiyyətlə bitirmələri haqqında arayış alaraq [email protected] ünvanına göndərməlidirlər.
Magistraturaya qəbul qaydaları ilə MDU-nun Bakı Filialının saytında yerləşdirilmiş link üzərindən tanış olmaq mümkündür.
Telefon: (012) 409 33 71
E-mail: [email protected]

Tehsil-press.az


Oxşar xəbərlər