Çinin aparıcı epidemioloqu Çjun Nanşan cari ilin sonlarına qədər koronavirus əleyhinə vaksinasiyanın ölkə əhalisinin təxminən 80 faizini əhatə edəcəyini düşünür.
“Əldə etdiyim məlumata görə, iyul ayınadək Çində vaksinasiyanın əhatəsi 40 faiz təşkil edəcək, cari ilin sonlarında isə bu göstərici 80 faizə çata bilər”, - deyə Çjun Nanşan bildirib.
Onun sözlərinə görə, Çin bu həcmə nail olmaq üçün vaksin istehsalını artırmağa davam etməlidir.
“Bir tərəfdən, müvafiq dərmanlara yüksək daxili tələbat mövcuddur. Digər tərəfdən, Ümumdünya Səhiyyə Təşkilatı da onlara kəskin ehtiyac duyur”, - deyə epidemioloq əlavə edib.
Çjun Nanşanın fikrincə, Çin yalnız 80 faizlik vaksinasiya səviyyəsinə çatdıqdan sonra ölkə əhalisinin kollektiv immunitetini təmin edə bilər.
Qeyd edək ki, rəsmi məlumata görə, mayın 27-dək Çində koronavirusa qarşı 584 milyon dozadan çox peyvənd istifadə olunub. Ayın əvvəli ilə müqayisədə ümumi göstərici iki dəfədən çox artıb.
Tehsil-press.az