İtaliya Prezidenti peyvənd olundu

İtaliya Prezidenti peyvənd olundu İtaliya Prezidenti Serco Mattarella bu gün Romanın Milli Yoluxucu Xəstəliklər İnstitutu “Lazzaro Spallanzani”də koronavirus infeksiyasına qarşı peyvənd olunub.
Dövlət başçısı 1941-ci il və daha əvvəl doğulmuş insanlar üçün nəzərdə tutulan peyvənd kampaniyası çərçivəsində “Moderna” şirkətinin istehsalı olan peyvənd ilə vaksinasiyadan keçib.
Qeyd edək ki, İtaliya hökuməti əhalinin ən azı 70%-nin peyvənd olunmasını və payıza qədər kollektiv immunitetin formalaşmasına nail olmağı planlaşdırır.
Səhiyyə Nazirliyinin məlumatına görə, ölkəyə 5,5 milyon dozadan çox peyvənd tədarük olunub.

Tehsil-press.az


Oxşar xəbərlər