Dünyada vaksinasiya ilə bağlı son vəziyyət

Dünyada vaksinasiya ilə bağlı son vəziyyət Dünya üzrə bugünədək 2 milyard 120 milyon dpzdan çox vaksin vurulub.
Çin 763 milyon 70 min dozla ən çox vaksinin vurulduğu ölkə olub.
Çini 300 milyon 270 min ilə ABŞ, 231 milyon 322 min ilə Hindistan, 71 milyon 430 min ilə Braziliya, 67 milyon 280 min ilə İngiltərə, 54 milyon 240 min ilə Almaniya, 39 milyon 570 min ilə Fransa, 37 milyon 670 min ilə İtaliya, 34 milyon 460 min ilə Meksika, 30 milyon 610 min ilə Rusiya, 30 milyon 629 min ilə Türkiyə, 28 milyon 750 min ilə İspaniya, 28 milyon 700 min ilə İndoneziya, 25 milyon 770 min ilə Kanada və 22 milyon 30 min ilə Polşa izləyib.
Azərbaycanda indiyə qədər vurulan vaksin dozlarının ümumi sayı 2 546 169-dir. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 611 165, ikinci mərhələ üzrə 935 004 nəfər təşkil edir.

Tehsil-press.az


Oxşar xəbərlər