Azərbaycanın təbii qaz tələbatı ötən il ümumilikdə 8 milyard 324 milyon kubmetr təşkil edib.
Bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) illik statistik hesabatında deyilir.
Ötən il Xəzəryanı ölkələrdən Rusiyanın təbii qaz tələbatı 436 milyard 878 milyon kubmetr, İranın 231 milyard 103 milyon kubmetr, Türkmənistanın 43 milyard 355 milyon kubmetr, Qazaxıstanın isə 14 milyard 672 milyon kubmetr olub.
İllik qaz tələbatına görə dünyada ilk sırada 767 milyard 75 milyon kubmetr ilə ABŞ, ikinci yerdə Rusiya (436,8 milyard kubmetr), üçüncü sırada 235 milyard 282 milyon kubmetrlə Çin, dördüncü yerdə İran (231,1 milyard kubmetr), beşinci sırada isə 124 milyard 429 milyon kubmetr ilə Kanada qərarlaşıb. Dünyada illik qaz tələbatı ən az olan ölkə 461 milyon kubmetrlə Ekvadordur.
Keçən il qlobal qaz tələbatı 3 trilyon 714 milyard 429 milyon kubmetr olub. Bunun 15,5 faizi, yəni illik 574 milyard 203 milyon kubmetri OPEC-ə üzv ölkələrdə formalaşıb. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələr üzrə illik tələbat 1 trilyon 703 milyard 646 milyon kubmetr, keçmiş Sovet İttifaqına üzv ölkələr üzrə isə 605 milyard 53 milyon kubmetr təşkil edib.
Tehsil-press.az