Moskva Dövlət Universitetinin Bakı Filialının magistraturasında təhsil almaq istəyənlərin nəzərinə

Moskva Dövlət Universitetinin Bakı Filialının magistraturasında təhsil almaq istəyənlərin nəzərinə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı Filialında magistratura proqramları üzrə birinci kursa ərizə qəbulu elektron formada aparılır. İyunun 1-dən başlanmış ərizə qəbulu iyunun 17-dək davam edəcək.
İyunun 19-da magistraturaya qəbul olmaq istəyənlər üçün “Zoom” platforması üzərindən konsultasiya keçiriləcək. Konsultasiyanın saatı barədə əlavə məlumat veriləcək.
İmtahanların iyunun 21-də keçirilməsi planlaşdırılır.
Filologiya, riyaziyyat, kimya, psixologiya, fizika ixtisasları üzrə imtahan saat 10:00-da başlanacaq.
İqtisadiyyat fakültəsində bir gündə iki imtahan keçiriləcək: menecment ixtisası üzrə imtahan saat 10:00-da, ingilis dili üzrə imtahan saat 13:00-da başlanacaq.
İmtahanlar Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Universitet küçəsi 1 ünvanında keçiriləcək. İmtahan verənlər imtahan günlərində özləri ilə aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
1.Şəxsiyyəti təsdiq edən sənəd;
2.Elektron qeydiyyat sistemindən çap edilmiş buraxılış vərəqəsi (imtahan verənin özü tərəfindən imzalanmış halda);
3.“Sağlamlıq haqqında bəyannamə” (elektron qeydiyyat sistemindən çap edilir).
Cari ilin məzunları əgər MDU-nun Bakı Filialının məzunları deyilsə, imtahana qədər müvafiq universitetin (institutun) tədris hissəsindən bu təhsil müəssisəsini müvəffəqiyyətlə bitirmələri haqqında arayış alaraq [email protected] ünvanına göndərməlidirlər.
Magistraturaya qəbul qaydaları ilə MDU-nun Bakı Filialının saytında yerləşdirilmiş link üzərindən tanış olmaq mümkündür.
Telefon: (012) 409 33 71
E-mail: [email protected]

Tehsil-press.az


Oxşar xəbərlər