“Müharibə bitsə də bu gün işğaldan azad etdiyimiz torpaqlarda insanlarımız həlak olurlar. Təbii ki, baş verən hadisələr hamımızı üzür və bu asan bir şey deyil. Hər zaman qeyd edirəm ki, Allah bizə bir daha şəhid acısı, torpaq itkisi yaşatmasın, amma hələ də bu acıları yaşayırıq”
Bunu Əməkdar artist Nuriyyə Hüseynova deyib. Xanəndə deyib ki, nə qədər ki, içimizdəki satqınlar var, bu cür acılar çəkəcəyik:
“İki dəyərli jurnalistimizin minaya düşərək şəhid olması hamı kimi məni də üzdü. Müharibə bitsə də bu gün işğaldan azad etdiyimiz torpaqlarda insanlarımız həlak olurlar. Təbii ki, baş verən hadisələr hamımızı üzür və bu asan bir şey deyil. Hər zaman qeyd edirəm ki, Allah bizə bir daha şəhid acısı, torpaq itkisi yaşatmasın, amma hələ də bu acıları yaşayırıq. Bir müddət öncə mediada oxudum ki, ermənilərin ərazilərimizdə saxlanıların diversantlarını aparıb o yerlərdə minaların yerini araşdırmaq təklif olunur. Əslində mən də bu təklifi dəstəkləyirəm. Çünki biz bilmirik harda nə var. Otuz ildən artıq idi ki, o torpaqlarımız başsız qalmışdı. Bizim şəhərlərimiz və kəndlərimiz viran olub. Ermənilər sadəcə ərazilərimizdə vaxt keçiriblər və biliblər ki, nə vaxtsa azərbaycanlılar geri qayıdacaqlar. Buna görə də o yerlərdə heç bir abadlıq işləri aparımayıblar və bununla yanaşı, hər yeri minalayıblar ki, bu gün biz onun acı nəticəsini görürük.
İçimizdə olan xainlər, qanı, südü pozuq adamlar ki, onların mövqeləri, xislətləri ancaq bu ölkəyə ziyan vurmaqdı. Çünki onlar bizdən deyillər. Bu adamları da ölkədən təmizləsələr, daha gözəl olar. Bu mütləq və birmənalıdır. Bəlkədə ondan sonra acılarımız və bu fəlakətlər azalar. Şəhid verməkdən, acı, qəm çəkməkdən yorulduq. Qazi acısı yaşamaqdan yorulduq və bu qardaşlar, balalar bizim millətimizin balalarıdır. Hamının amalı, məqsədi bir olmalıdır. Vətən, torpaq, ölkəmiz, dövlətimizin inkişafı üçün hamımız prezidentimizin dediyi kimi dəmir yumruğun altında birləşməliyik. Mövqeyimiz, əqidəmiz, düşüncəmiz vətən üçün olmalıdır. Bunlar olmayınca, bizim problemlərimiz həmişə olacaq. Bunları bərpa etmək üçün isə içimizdəki o xainlər, satqınlar, pisniyyətli insanlar getməlidir. Bu ölkədə, vətən üçün çalışan, milli birliyimizi, gələcəyimizi, türkçülüyümüzü qorumaq, inkişaf etdirmək üçün içimizdə o xain, satqınlara yer olmamalıdır. Nə qədər ki, onlar var, bu acıları həmişə yaşayacağıq. Allah bizə belə acıları yaşatmasın. Vətənimizə, dövlətimizə, xalqımıza, sağlıqlı, firavan bir ömür versin. Bu acılardan, iztirablardan birdəfəlik uzaq olaq. Baş verən hadisələri çox ürəkağrısıyla qarşıladım və Allah bizə acı yaşadan düşmənlərimizə lənət eləsin”.
Vasif Əlihüseyn