Ceyhun Bayramov Ceyms Şarpla görüşüb

Ceyhun Bayramov Ceyms Şarpla görüşüb Xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Ceyms Şarpı qəbul edib.
Nazir qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, xüsusilə sərhəd məntəqəsində baş verən son gərginliklər, üçtərəfli bəyanatların icrası ilə əlaqədar Azərbaycan tərəfindən atılan addımlar, azad edilmiş ərazilərdə mina təhlükəsi və doğurduğu fəsadlar barədə məlumat verib. Nazir Böyük Britaniyanın Azərbaycanın azad edilmiş ərazilərin minadan təmizlənməsi sahəsində fəaliyyətinə verdiyi dəstəyə görə təşəkkür ifadə edib.
Tərəflər pandemiya ilə bağlı məsələlər, o cümlədən ölkədə sərt karantin rejiminin yumşaldılması istiqamətində görülən tədbirlər, xarici ölkə vətəndaşlarının səfərləri və s. ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər