Çində bazarda partlayış: 10-dan çox ölü, 130-dan çox yaralı

Çində bazarda partlayış: 10-dan çox ölü, 130-dan çox yaralı Çinin Şiyan şəhərində (Hubey əyaləti, Mərkəzi Çin) qaz partlayışı baş verib.
Partlayış yerli vaxtla saat 06:30-da (Bakı vaxtı ilə saat 02:30-da) Çjanvan rayonundakı bazarda qeydə alınıb. Partlayış nəticəsində bazarın binası ciddi zərər çəkib, yaxınlıqdakı evlərin pəncərələrinin şüşələri qırılıb.
Həmçinin azı 11 nəfər həyatını itirib, 133 nəfər yaralanıb. Onlardan 37-si ağır vəziyyətdədir.
Fövqəladə hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir.

Tehsil-press.az

Oxşar xəbərlər