“Azərbaycanın 97 min minanın xəritələri qarşılığında sxlanılan 15 ermənini təhvil verməsi prosesinə ölkəmiz də töhfə verib”.
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.
O bildirib ki, ölkəsi bundan sonrakı prosesdə də vasitəçiliyə hazırdır:
“Tbilisi admistrasiyasının məqsədi Qafqazda sülh və sabitliyin davam etdirilməsidir. Bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla aktiv görüşləri davam etdiririk.
Gürcüstanın bu prosesdə yenə vasitəçilik etməyə hazır olduğunu ifadə etmək istəyirik. Hər iki ölkənin liderinə də hazır olduğumuzu şəxsən dedim və bu prosesin bölgədə sülh və sabitliyin təmin olunması ilə davam edəcəyi, nəticələnəcəyinə dair çox ümidliyəm.
Ortaq hədəfimiz bölgədə sülh və sabitliyin təmin edilməsi olmalıdır. Bu, çox vacib və uzunmüddətli layihələrin həyata keçirilməsi üçün təməl olacaq”.
Tehsil-press.az