“Təbii ki, yaş şərtidir, amma bu yaşın içində əsərlər, mahnılar yazılıb. Məndən soruşanda deyirəm ki, ömrümün doxsan faizi musiqiylə keçib”
Bunu Xalq artisti Faiq Sücəddinov deyib. Bəstəkar doğum günüylə bağlı öz xoş təəssüratlarını bizimlə bölüşüb:
“Doğum günü münasibətilə “Xəzər” TV-də oldum, çox hörmətli Murad Dadaşov məni dəvət elədi. Maraqlı bir veriliş oldu və bunun davamı da olacaq. Mən çox istəyərdim ki, orda müğənnilər də olsunlar, çünki proqramım genişdi. Allah qoysa bu lahiyəni gerçəkləşdirəcəyik. Təbii ki, yaş şərtidir, amma bu yaşın içində əsərlər, mahnılar yazılıb. Məndən soruşanda deyirəm ki, ömrümün doxsan faizi musiqiylə keçib. Gecə yatanda da musiqi haqda fikirləşirəm. Çalışmışam həmişə yaxşı musiqilər təqdim edim. İnsanların qarşısına ancaq gözəl nümunələr çıxarmaq lazımdı. Çünki bizim insanlar musiqini çox gözəl duyurlar və yaxşını-pisdən ayırırlar. Buna görə çox şadam və xoşbəxtdəm ki, yaradıcılıqla məşğulam. Sənətim budur və öz sənətimlə fəxr edirəm. Hər dəfə gözəl bir əsərlər ortaya çıxır və bu da yaradıcılığa təkandır.
Vətən müharibəsindən sonra da qələbəmizə musiqilər həsr etmişik. 44 günü mən də əsgər və zabitlərimizlə birgə yaşamışam. Gözyaşımla, həyəcanımla bu hissləri keçirmişəm. Daim əsgərlərimizin yanında idim. Allah bütün şəhidlərimizə rəhmət eləsin və qazilərimizə can sağlığı versin”.
Vasif Əlihüseyn