Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargah iyulun 1-dən etibarən yoluxma risklərinin azaldılması məqsədilə bir sıra iş yerlərində COVID-19 pasportunun tələb olunacağını açıqlayıb. Bura peyvənd olunanlara verilən vaksinasiya və ya xəstəliyi keçirənlərə verilən immunitet sertifikatı daxildir. Amma məlumdur ki, ölkədə virusa yoluxub qeydiyyata düşməyən və ev şəraitində sağalanların sayı rəsmi rəqəmlərdən çoxdur. Hətta onlardan bəziləri antitelin miqdarı ilə bağlı qan verərək analiz sənədi əldə ediblər.
Həmin şəxslərə vaksinasiya və immun sertifikatının verilməsiylə bağlı hələ ki, rəsmi qərar yoxdur. Amma Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov saytımıza açıqlamasında qandakı COVID anticismi müsbət olan hər bir şəxsin tibbi cəhətdən peyvəndlənmiş şəxslərlə eyni kateqoriyada sayıla biləcəyini söyləmişdi.
Bəs ümumiyyətlə, qanda anticisim nədir və nə vaxt yaranır? Onun miqdarını bilmək üçün hansı klinikalarda və neçəyə analiz vermək olar?
İnsan orqanizmində COVID-19 virusuna qarşı daha çox 2 tip anticisim əmələ gəlir. Bunlar SARS-Cov-2 İmmunoqlobulin G (İgG) və İmmunoqlobulin M (İgM) anticisimləridir. İmmunoqlobulin M anticismi qoruyucu deyil, daha çox aktiv fazada aşkarlanır. İmmunoqlobulin G isə xəstəliyin artıq keçirildiyini göstərir və daha çox 14-cü gündən sonra qanda pozitivləşməyə başlayır.
Tehsil-press.az