Koçaryan Şuşanın adını düzgün səsləndirdi - Video

Koçaryan Şuşanın adını düzgün səsləndirdi - Video Ermənistanın ikinci Prezidenti Robert Koçaryan jurnalistlərə müsahibəsində Şuşadan danışarkən ilk dəfə şəhərin adını düzgün səsləndirib.
O, “Sputnik Ermənistan”, “RİA Novosti” və “Russia Today”ə birgə müsahibəsində ermənilərin “Şuşi” adlandırdığı Azərbaycan şəhərinin adını düzgün səsləndirərək Şuşa adlandırıb.
“İnauqurasiyanın Şuşada keçirilməsinə ehtiyac yox idi. Onlar bilirdilər ki, Şuşa çox həssas bir mövzudur. Elə şeylər var ki, üstündən keçmək olmaz, çünki bununla danışıqlar yolu ilə nəyəsə nail oluna biləcəyinə ümid qoymursan. Axı biz də edə bilərdik - mən və ya əvvəlki və ya sonrakı prezidentlər səs-küylə qəbul ediləcək bəzi şüarlarla çıxış edə və alqış qazana bilərdik”,- deyə Koçaryan qeyd edib.



Tehsil-press.az


Oxşar xəbərlər