Ermənistanın sabiq prezidenti Robert Koçaryan baş nazir Nikol Paşinyanı diktator adlandırıb.
R.Koçaryan “Yerevan Today” nəşrinə müsahibəsində xüsusi xidmət orqanları rəhbərlərinin telefon söhbətini məhkəmə sisteminə təzyiq kimi qiymətləndirərək barəsində qaldırılan cinayət işinin siyasi təqib olduğunu bildirib.
Paşinyanın siyasi rezonans doğura biləcək həbslərə görə məsuliyyət daşıması barədə dediklərini xatırladan sabiq prezident bu bəyanatı Paşinyanın diktator meyllərinin əlaməti hesab etdiyini vurğulayıb: “İndi mən Ermənistan xalqını yeni diktator qazanması münasibəti ilə təbrik etməliyəm? Böyük şübhələrim var. Xalq anlamalıdır ki, baş verənlərin nəticələri Ermənistana baha başa gələcək. Baş nazir həbslərə görə məsuliyyəti üzərinə götürür, halbuki konstitusiyaya əsasən buna hüququ yoxdur”.
Koçaryanın fikrincə, 1 mart işi üzrə bütün proses baş nazir tərəfindən yönləndirilir. Koçaryan indiki halda MTX direktorunu azarkeş hesab edir, hansı ki, baş nazirin tapşırıqlarını məmnuniyyətlə yerinə yetirir.
Xatırladaq ki, R.Koçaryan bundan əvvəl ona qarşı yeni siyasi təqibin başladığını bəyan etmişdi.
Xalqa müraciət edən sabiq prezident Ermənistanın, diletantların idarə etdiyi və siyasi repressiyaların həyata keçirildiyi ölkəyə çevrilməsinə yol verməməyə çağırmışdı. Bildirmişdi ki, Nikol Paşinyan saxta ittihamlarla öz rəqiblərini və onunla eyni fikri bölüşməyənləri aradan götürən bolşevikdir.
Tehsil-press.az